Bakıda avtobusda əlbəyaxa dava – VİDEO/YENİLƏNDİ

Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb.

Globalinfo.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, iki nəfərin dalaşmasını əks etdirən görüntülər araşdırılıb:

“Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”.

***09:22

Bakıda avtobusların birində iki şəxs arasında mübahisə dava ilə nəticələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə iki kişinin bir-biri ilə dava etməsi öz əksini tapıb.

Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.