Şagirdi döyən mühafizəçi qovuldu – Direktor danışdı / VİDEO

Bakıda mühafizəçinin məktəblini döyməsi ilə bağlı bəzi detallar məlum olub.

Globalinfo.az xəbər verir ki, Bakı şəhəri 189 nömrəli tam orta məktəbin direktoru Fəyaz Hüseynov bildirib ki, texniki işçi işdən azad olunub:

“İki ildir bizim məktəbdə çalışırdı. İyun ayının 7-də, birinci növbənin dərsləri bitdikdən sonra şagirdlər evə gediblər. Bir şagirdimiz də pəncərədən düşmək qərarına gəlib. Məktəbin işçisi də bunu görərək ona iradını bildirib”.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

***13:49

Bakıda məktəbdə şagirdlə insident yaşayan texniki işçi vəzifəsindən azad olunub.

Bu barədə Globalinfo.az-a Səbail rayonu 189-190 saylı orta məktəbdən məlumat verilib.

Bildirilib ki, iyunun 7-də məktəbin texniki işçisi ilə IX sinif şagirdi arasında baş verən insidentlə bağlı araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, dərsdən sonra texniki işçi bir şagirdin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) pəncərədən məktəbin arxa həyətinə düşdüyünü görüb. Yaxınlaşaraq şagirdə irad bildirib və məktəb rəhbərliyinin yanına dəvət edib. Bu zaman aralarında anlaşılmazlıq və insident yaşanıb.

Vurğulanıb ki, məktəb rəhbərliyi tərəfindən şagirdin valideynləri məktəbə dəvət edilib: “Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Texniki işçinin izahatı alınıb, bu kimi halların yolverilməz olduğu bildirilib və o, işdən azad olunub”.

***13:36

Bakının Səbail rayonunda 189 nömrəli tam orta məktəbdə insident yaşanıb.

Globalinfo.az teleqraf.com-a istinadən xəbər verir ki, məktəbin mühafizəçisi 9-cu sinif şagirdini döyüb.

Baş verən hadisənin görüntülərini təqdim edirik: