
Bakının Xətai rayonunda, Ukrayna dairəsində maşın alışıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, BMV markalı maşın dairəyə girərkən qəfildən yanmağa başlayıb. Alov qısa müddətdə bütün maşını sarıb.
Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Sürücünün vaxtında maşını tərk etdiyi, buna görə də xəsarət almadığı bildirilir.














