Bakıda kafe yanır – VİDEO

Bakıda kafedə baş verən yanğının görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən “Tovuz” adlı kafedə yanğın olub.

Həmin görüntüləri təqdim edirik:

***20:46

Bakıda kafedə yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yerləşən kafenin dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.