Bakıda insanlar ölümlə üz-üzə: bu, necə baş verir? – VİDEO

Bakı şəhəri, Nəsimi rayonunda gecə saatlarında ağac aşıb.

Globalinfo.az xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsi 44-də qeydə alınıb.

Xoşbəxtlikdən hadisə gecə saatlarında baş verib deyə, xəsarət alan olmayıb.
Belə ki, hər gün binanın azyaşlıları da həmən ərazidə oynayırlar.
Bina sakinləri aidiyyatı idarədən narazılığını bildirir, ağacların zamanında budanmaması səbəbindən həyati risk daşıyan hadisələrin baş verə bildiyini deyirlər.

Həmin ərazidən görüntünü təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az