8 Noyabr – Zəfər Günü münasibətilə Heydər Əliyev Sarayında, Zabitlər parkında, Fəvvarələr Meydanında və Koroğlu parkında Müdafiə Nazirliyinin hərbi orkestrlərin ifasında nümunəvi çıxışlar olub, eləcə də hərbi vətənpərvərlik mahnıları səsləndirilib.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb, vətəndaşlarımız tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, bu gün səhər 8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.