Bakıda kişini bıçaqlayıb zibil qutularının yanına atdılar – YENİLƏNİB

Bakıda kişini bıçaqlayıb zibil qutularının yanına atdılar - YENİLƏNİB

Oktyabrın 13-də axşam saatlarında Yasamal rayonu ərazisində 1987-ci təvəllüdlü A.İbrahimovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş-leytenantı İbrahim Əmiraslanlı bildirib.

 

Hadisə ilə bağlı təhqiqat araşdırmaları və əməliyyat tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakının Nərimanov rayonunda 37 yaşlı kişi baltalanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Azər Şaban oğlu İbrahimov qolundan və kürəyindən balta xəsarətləri alıb.

Küçədən keçən şəxslər onu zibil qutularının yanında aşkar edərək polisə məlumat verib.

A.İbrahimovun ağır yaralı halda tapılıb. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Verilən məlumata görə, o yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı balta xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.