Bakıda spirt kabusu: ölənlərdən ikisi qadındır – Təfərrüat

Bakıda spirt kabusu: ölənlərdən ikisi qadındır - Təfərrüat

Sabunçu rayonunda 15 nəfərin etil spirtindən zəhərlənərək ölməsinin təfərrüatı məlum olub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, ölən şəxslər arasında qadınlar da var.

Qeyd edək ki, 22-23 fevralda Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Həyata keçirilən ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib. Hazırda ibtidai istintaq davam etdirilir.

Daha ətraflı videomaterialı təqdim edirik:

*** 17:34

Bakıda spirtli içkidən zəhərlənərək ölən daha 3 nəfərin kimliyi məlum olub.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonunda spirtli içkidən ölənlərdən daha 3 nəfərin şəxsiyyəti müəyyən edilib.

Onlardan ikisi qadın, biri kişidir.

Şəxsiyyəti müəyyən edilən 3 nəfər aşağıdakılardır:

1960-cı il təvəllüdlü Muradov Murad Aqil oğlu,

1984-cü il təvəllüdlü İsakova Svetlana Aleksandrovna,

1962-ci il təvəllüdlü İskəndərova Anjelika Həsənağa qızı.

***12:25

Sabunçuda 15 nəfər etil spirtindən zəhərlənərək ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 22-23 fevralda Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həyata keçirilən ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

***11:23

Bakının bir rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb.

Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Son 3 gündə Sabunçu rayonunda 11 nəfər spirtdən zəhərlənərək ölüb.

Onların etil spirtindən zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Zəhərlənərək ölən şəxslərin adlı siyahısını təqdim edir:

1975-ci il təvəllüdlü Məhərrəmov Niyaməddin Bəhram oğlu

1980-ci il təvəllüdlü Həsənov Abbas Mirəsgər oğlu

1981-ci il təvəllüdlü Hacıyev Elçin Nəsib oğlu

1980-ci il təvəllüdlü İlhamiz Rüstəm oğlu Firuddinzadə

1971-ci il təvəllüdlü Şəmmədov Yaşar Əkbər oğlu

1981-ci il təvəllüdlü Rüstəmov Qurban Həmidulla oğlu

1965-ci il təvəllüdlü Fərhadov Elbrus Nuruş oğlu

1984-cü il təvəllüdlü Qudzev Aleksey Valeriyeviç

1969-cu il təvəllüdlü Koleks Oleq Borisoviç

1980-ci il təvəllüdlü Şarop Aleksandr Vladimiroviç

1979-cu il təvəllüdlü Andrey Kasumov

Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayonunda bir yerdə yeyib-içən 4 dostun da spirtdən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.