Bakıda Cümə məscidinin açılışı olacaq

Yaxın zamanda Bakıda Cümə məscidinin açılışı olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda son tamamlama işləri gedir:

“Bakıda, Gəncədə, Sumqayıtda məscidlərin yenidən qurulması aparılıb. Nərimanov rayonunda yerləşən Cümə Məscidinin yaxın zamanda açılışı olacaq. Təmir yekunlaşmaq üzrədir”.