Bakıda bu marşrut avtobusunun hərəkət cədvəli dəyişdirildi

Bakıda bu marşrut avtobusunun hərəkət cədvəli dəyişdirildi

Mehdiabad-Digah-Məmmədli yolunda aparılan təmir işləri ilə əlaqədar Məmmədli kəndi ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilir ki, məhdudiyyətlə əlaqədar 217 nömrəli marşrut avtobusu Məmmədli dairəsinə qədər fəaliyyət göstərir.