gec%C9%99

Bakının “Ziya Bünyadov” prospektindən üzü “Koroğlu” metrosuna gedən istiqamətində saatlardır ki, böyük tıxac yaranıb.

Globalinfo.az xəbər verir ki, tıxac səbəbindən yolda hərəkət iflic olub.

Məlumata görə, bəzi sürücülər nəqliyyat vasitələrini söndürərək, ərazidən uzaqlaşıblar.

Tıxacın səbəbi bilinmir. Ərazidə olan əməkdaşımızın verdiyi xəbərə görə, hazırda hərəkət qismən bərpa edilsə də, sıxlıq müşahidə olunur.

Əliyar Xəlil

Globalinfo.az 

Paylaş: