Bakıda azyaşlı qızına zorakılıq edən kişi ilə bağlı qərar

Xəbər verdiyimiz kimi, Bakıda kişi azyaşlıya qarşı zorakılıq edib.

Globalinfo.az qeyd edir ki, yayılan videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür. Bundan qorxan uşaq ağladığı zaman isə kişi azyaşlıya bunu belə irad tutur.

DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, qızlarına şiddət göstərən Elnur Məmmədov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.