Zabrat şosesində sərnişin avtobuslarının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az-ın xəbərinə görə, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq “Grand Bus” MMC-dən bildirilib ki, 198 saylı marşrut xətti üzrə hərəkət edən nəqliyyat vasitəsində hər hansı texniki nasazlıq olmayıb:
“Belə ki, qəzaya səhər saatlarında yağan qısamüddətli yağışdan sonra yolun sürüşkən olması və ara məsafəsinin düzgün seçilməməsi səbəb olub. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və zəruri addımlar atılıb. Qəza nəticəsində xəsarət alan olmayıb”.
***11:37
Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Zabrat şosesində qeydə alınıb.
“Zabrat şosesində 139 nömrəli marşrut avtobusu ilə, 198 nömrəli sərnişin avtobusu toqquşub. Bir nəfər qadın xəsarət alıb”, – deyə məlumatda qeyd edib.
Məsələ ilə bağlı aidiyyəti qurumlara informasiya sorğusu ünvanlanıb.














