Bakıda avtobuslar belə yarışdı – VİDEO

 

Bakıda sərnişin avtobuslarını yüksək sürətlə idarə edən sürücülərin görüntüləri yayılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdə onların öz aralarında ötüşdüyü və sərnişinlərin həyatını riskə atdığı qeyd edilib.

Bakı şəhər DYPİ-nin rəsmisi Araz Əsgərli bildirib ki, araşdırma nəticəsində sürücülərin kimliyi müəyyənləşdirilib: “Artıq sürücülərdən biri saxlanılıb və barəsində toplanılmış materiallar Nizami rayon Məhkəməsinə təqdim edilib. Nizami rayon Məhkəməsinin qərarı ilə sürücü 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə edilib. Hazırda yarışa çıxan digər avtobus sürücüsü barədədə qanun çərçivəsində lazımi təddbir görülməsi üçün toplanmış material məhkəməyə təqdim edilib”.