Bakıda ağır qəza: Xəsarət alan var

Bakıda ağır qəza: Xəsarət alan var

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, bu gün saat 17:49 radələrində Xətai rayonu, Babək prospekti, Maşın bazarı ərazisindən avtomobilin aşması səbəbilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 1 nəfər şəxs (kişi cinsli) diz oynağının əzilməsi diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.