Bakıda ağır qəza: İki nəfəri maşın vurdu

Bakıda ağır qəza: İki nəfəri maşın vurdu

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki gənc ağır xəsarət alıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Aqşin Abusalamov və Cavanşir Məmmədov yolu keçərkən onları minik avtomobili vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.