
Daxili İşlər Nazirliyi Binəqədi rayonunda sakinlərin ağac kəsilməsinə etiraz etməsi barədə yayılan görüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Globalinfo.az-a açıqlamasında bildirib ki, Binəqədi rayonu ərazisində yerləşən həmin torpaq sahəsi şəxsi mülkdür:
“Ərazidə təmizləmə işləri mülkiyyətçi tərəfindən aparılıb. Ərazidə polis əməkdaşları asayişi təmin edib. Hər hansı hüquqazidd əməl müşahidə edilməyib”.
Qeyd edək ki, Ulduz Quliyeva adlı qadın Binəqədi rayon, 7-ci mikrorayon ərazisində torpaq alıb və ağacları kəsdirib. Sakinlər ağacları kəsən mülkiyyətçiyə görə etiraz edirlər.














