Bakıda 35 yaşlı kişi faciəvi şəkildə öldü

Bakıda 35 yaşlı kişi faciəvi şəkildə öldü

Bakıda 35 yaşlı kişi dəm qazından ölüb.

Globalinfo.az bildirir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Elyar Şalikov Motodrom adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.