Bakıda 31 yaşlı qadın yoxa çıxdı

Bakıda 31 yaşlı qadın yoxa çıxdı

Bakıda 31 yaşlı qadın 4 gündür itkin düşüb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Xəzər rayonu, Binə qəsəbə sakini, 1992-ci il təvəllüdlü Sevinc Liftiyeva yanvarın 20-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onunla əlaqə yarada bilməyən yaxınları polisə müraciət ediblər.

Hazırda Xəzər RPİ-nin 3-cü Polis Şöbəsi tərəfindən axtarış tədbirləri həyata keçirilir.