“Hazırlıq gedir: Bakı Xankəndini qaytarır, nəsə baş verəcək!” – ŞOK DETALLAR AÇILDI

“Hazırlıq gedir: Bakı Xankəndini qaytarır, nəsə baş verəcək!” – ŞOK DETALLAR AÇILDI

“Azərbaycanın Qarabağdakı faydalı qazıntı yataqlarının Rusiya sülhməramlıları və separatçılar tərəfindən birgə istismarı ilə bağlı narahatlıq artdıqca, Bakı doğru zamanda həmlə etmək üçün səbirli, amma həlledici addımı atmağa hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi təhlilçi Orxan Amaşov qeyd edib.

O bildirib ki, dekabrın 12-dən Qarabağ İqtisadi Rayonunun Şuşa şəhərində azərbaycanlı fəallar və qeyri-hökumət təşkilatları (QHT) tərəfindən keçirilən nümayişin əsaslı səbəbi var:

“İndiki qəzəbin kökü əvvələ gedib çıxır. Vardanyanın silahlı əlaltıları monitorinqin keçirilməsinin qarşısını qəsdən aldılar. Bu isə Şuşa-Xankəndi yolunda etirazlar nəticəsində yaranan hazırkı qarşıdurmaya səbəb oldu.

Xankəndidə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti keçmiş Sovet ordusunun biabırçı təslimiyyətdən öncəki nizamsızlığını xatırladır.

Məsələ burasındadır ki, sülhməramlıları göndərən (Rusiya) və qəbul edən dövlət (Azərbaycan) arasında əldə olunan razılaşmaya görə, yeganə əhəmiyyət kəsb edən müddəa kontingentin “atəşkəs rejiminə nəzarəti həyata keçirməsi”dir. 5-ci maddə onlara müvəqqəti nəzarət zonası ilə Azərbaycanın qalan hissəsi arasında baryer olmaq hüququ vermir və Qarabağın etnik erməni əhalisinin maraqlarına xidmət etmək üçün aydın şəkildə müəyyən edilmiş vəzifəsi yoxdur”.

“Hazırlıq gedir: Bakı Xankəndini qaytarır, nəsə baş verəcək!” – ŞOK DETALLAR AÇILDI

O.Amaşovun fikrincə, general-mayor Andrey Volkovun müsahibələrində uzun nitqləri, yersiz təkrarçılığa yol verməsi və hiyləgər baxışları onun qanunsuz hərəkətlərdə iştirak etdiyini göstərir:

“Ümumi fikir budur ki, şübhəli gəlirlərlə təmin edilən rahat həyat tərzi Volkovun xudbin təbiətindən xəbər verir. Eyni zamanda, gələcək varisinin ondan fərqli olacağına da heç bir zəmanət yoxdur.

Analitiklər hesab edirlər ki, fevralda Rusiyanın Ukraynaya təcavüzündən sonra Azərbaycan Qarabağın Moskvanın müvəqqəti nəzarətində olan hissəsi üzərində de-fakto suverenliyini tədricən bərpa edir. Bakı cəsarətli davranır və strateji səbir nümayiş etdirir. Azərbaycan Xarici İşlər Nazirliyinin kontingentin fəaliyyəti ilə bağlı Rusiyaya göndərdiyi rəsmi nota mürəkkəb prosesin, sadəcə, bir aspektidir. Hazırda asanlıqla görünməyən aysberq kimi, yerdə bir həqiqət qalır: nəsə baş verəcək”.

Gülnar Səlimova
Globalinfo.az