Bakı və İrəvan arasında hadisələr olacaq, lakin gizlədilir – Şahnəzəryan

Azərbaycan və Ermənistan Vaşinqton görüşü zamanı əldə edilən razılıqları gizlədir. Əgər razılıq olmasaydı, Brüssel görüşü planlaşdırılmazdı. Burada tərəflər əldə edilən razılıqları reallaşdırmağa çalışacaqlar.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Qrant Məlik Şahnəzəryan deyib.

“Danışıqların ilk günündə proqres olduğu deyilsə də, sonda tərəflərin bəzi məsələlərdə fikir ayrılıqları yaşadıqları vurğulandı. Əgər Brüssel görüşü təsdiqlənsə, bu, şübhəsiz, razılıq faktı olacaq, hansı ki, ictimaiyyətdən gizli saxlanılır. Bu isə o deməkdir ki, yeni hadisələr olacaq”, – o bildirib.

Politoloqun fikrincə, Qərb 10 Noyabr bəyanatını əvəz etməyə çalışır. O, guya Qərbin bununla Azərbaycanı bəyanatda olan mənfilərdən xilas etməyə çalışdığını söyləyib.

İlkin Həsənov
Globalinfo.az