Bakı və İrəvan 15 ölkə arasında buna görə ilk yerdədir

“Keçmiş SSRİ məkanında hərbi xərclərə ən çox pul ayıran ölkələr Azərbaycan və Ermənistandır”.

Globalinfo.az xəbər verir ki, bu nəticə İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı “Militarlaşmanın müasir trendləri” hesabatında yer alıb.

Məlumata görə, Ermənistan ümumdaxili məhsulunun 4,2%-ni, Azərbaycan isə 3,8%-ni hərbi xərclərə ayırır. Gürcüstanda bu göstərici cəmi 1,3% təşkil edib. Lakin 2008-ci ildə hərbi xərclərin ÜDM-yə nisbətdə payı 6,6% azalıb. Ermənsitanda bu göstərici 0,7%, Azərbaycanda isə 0,5% artıb.

Azərbaycanın qonşuları olan Rusiyada hərbi xərclər ÜDM-nin 2,4%-ni, Türkiyədə 0,7%-ni, İranda isə 2,2%-ni təşkil edib.

Dünyada bu məsələ üzrə əsas lider isə Şimali Koreya sayılır. Pxenyanın hərbi xərcləri ÜDM-sinin 24%-ni təşkil edib. Əfqanıstanda bu göstərici 10%, Omanda isə 5,9% olub.

Əliyar Xəlil
Globalinfo.az