Bakı və Bişkek qardaşlaşdı

Bakı və Bişkek şəhərləri qardaşlaşıb.

Globalinfo.az bildirir ki, “Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandum”unu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bişkek şəhərinin meri Emilbek Abdıkadırov imzalayıblar.