Bakı-Sumqayıt yolundan istifadə edənlər üçün mühüm xəbər – FOTO

Bakı-Sumqayıt yolundan istifadə edənlər üçün mühüm xəbər - FOTO

Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağı təşkil edilir.

Bu barədə Globalinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılır.

Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.

Bakı-Sumqayıt yolundan istifadə edənlər üçün mühüm xəbər - FOTO Bakı-Sumqayıt yolundan istifadə edənlər üçün mühüm xəbər - FOTO Bakı-Sumqayıt yolundan istifadə edənlər üçün mühüm xəbər - FOTO Bakı-Sumqayıt yolundan istifadə edənlər üçün mühüm xəbər - FOTO