qebele dv

Azərbaycan Dəmir Yolları” QSC (ADY) 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayıb.

Bu barədə Globalinfo.az ADY-yə istinadən xəbər verir.

    Belə ki, bu marşrut üzrə saytımızdan və ya “ADY Mobile” tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq:

    Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət;

    Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.

    Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi etmək olar.

    Bir bunu deyən yazı "Qabalaya har gün daha rahat safar Bakı-Laki-Qabala 1 biletla GeBeLA DaMIRYOL VAĞZALI 寿" şəkili ola bilər

    Paylaş: