Deputatın anası insult keçirdi – FOTO

Milli Məclisin deputatı Elman Nəsirovun anası insult keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə millət vəkili məlumat yayıb.

O, hadisənin iyul ayının 18-də baş verdiyini bildirib.

Globalinfo.az E.Nəsirovla əlaqə saxlayıb.

Elman Nəsirov

Deputat hazırda müalicənin davam etdirildiyini bildirir:

“Anamın səhhətində artıq müsbətə doğru ciddi dəyişikliklər var. Həkim nəzarətindədir. Anama göstərilən diqqətə görə müalicə aldığı klinikanın bütün əməkdaşlarına təşəkkür edirəm”.

Zaira Akifqızı
Globalinfo.az