Bakı-Qazax yolunda dəhşətli yanğın: 14 ton qida məhsulu kül oldu – ANBAAN VİDEO

Bakı-Qazax yolunda dəhşətli yanğın: 14 ton qida məhsulu kül oldu - ANBAAN VİDEO

Bakı-Qazax yolunda dəhşətli yanğın olub, 14 ton qida məhsulu külə dönüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun 137-ci kilometrliyi, Hacıqabul rayonu ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “DAF” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, həmçinin yükün təhlükəsiz əraziyə boşaldılması təmin edilib.

Yanğın nəticəsində yük avtomobilinun qoşqusunda olan 21 ton qida məhsulunun 14 tonu yanıb.

Yük avtomobili və qida məhsullarının qalan hissəsi yanğından mühafizə olunub.

***

Bakı-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə yerində olan şahidlərin Globalinfo.az-a verdiyi məlumata əsasən, qida məhsulları daşıyan TIR-da öz-özünə qəfil alışma olub.

Makaron və vermeşillə dolu TIR-da baş verən yanğın zamanı yolda hərəkət məhdudlaşdırılıb.

Hadisənin baş verdiyi maşının sürücüsünün ad, soyadı, vətəndaşlığı bilinmir. Hadisə yerində onu öyrənmək mümkün olub ki, yükdaşıma şirkətlərindən birinə məxsus olan maşındır.

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Bakı-Qazax yolunda dəhşətli yanğın: 14 ton qida məhsulu kül oldu - ANBAAN VİDEO Bakı-Qazax yolunda dəhşətli yanğın: 14 ton qida məhsulu kül oldu - ANBAAN VİDEO Bakı-Qazax yolunda dəhşətli yanğın: 14 ton qida məhsulu kül oldu - ANBAAN VİDEO Bakı-Qazax yolunda dəhşətli yanğın: 14 ton qida məhsulu kül oldu - ANBAAN VİDEO Bakı-Qazax yolunda dəhşətli yanğın: 14 ton qida məhsulu kül oldu - ANBAAN VİDEO Bakı-Qazax yolunda dəhşətli yanğın: 14 ton qida məhsulu kül oldu - ANBAAN VİDEO Bakı-Qazax yolunda dəhşətli yanğın: 14 ton qida məhsulu kül oldu - ANBAAN VİDEO Bakı-Qazax yolunda dəhşətli yanğın: 14 ton qida məhsulu kül oldu - ANBAAN VİDEO

Əliyar Xəlil 

Globalinfo.az