“Bakıda həbsdə olan “Sputnik Azərbaycan“ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.
“Kommersant” yazır ki, Yuri Uşakov bilavasitə azərbaycanlı həmkarı Hikmət Hacıyevlə işləyib və bu barədə qərar Vladimir Putinlə İlham Əliyevin Düşənbədə keçirilən görüşü ərəfəsində verilib.
***
“Sputnik Azərbaycan”ın baş redaktoru İqor Kartavıxın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib.
Bunu “Rossiya Seqodnya” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov deyib.