Bakı “Nota”mıza CAVAB VERMƏYİB – Rusiya səfirliyi

Bakı "Nota"mıza CAVAB VERMƏYİB - Rusiya səfirliyi

Azərbaycan həbs olunan rusların konsulluqla əlaqə saxlaması tələbi ilə bağlı notalara cavab verməyib.

Globalinfo.az bildirir ki, bu barədə Rusiyanın Bakıdakı səfirliyi məlumat yayıb.

“Rusiya vətəndaşlarının və jurnalistlərin saxlanılması ilə bağlı məlumatı təsdiq edirik. Nəzərinizə çatdırırıq ki, səfirlik dərhal Azərbaycan Xarici İşlər Nazirliyinə həbs edilmiş Rusiya vətəndaşlarının konsulluqla əlaqə saxlaması tələbi ilə nota göndərib. Azərbaycan tərəfdən hələ heç bir cavab verilməyib”, – səfirliyin Telegram kanalında yayılan məlumatda deyilir.

Əliyar Xəlil

Globalinfo.az