Bakı müharibəni bitirmək istədi, Paşinyan razı olmadı – Köçəryan

Bakı müharibəni bitirmək istədi, Paşinyan razı olmadı - Köçəryan

Mənim üçün ən çaşdırıcı məqam 18-19 oktyabr tarixlərində Nikol Paşinyanın Rusiyanın müharibəni bitirmək təklifini necə rədd etməsi olub.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan müsahibəsində deyib.

Azərbaycan razılaşdı, amma Nikol Paşinyan müharibənin uduzacağını dəqiq bildiyi halda imtina etdi, çünki Baş Qərargah ordunun artıq müharibəni davam etdirmək üçün resurslarının olmadığını bildirmişdi. Bu hesabat mövcuddur. Lakin o, müharibəni davam etdirmək qərarına gəlib.

O izah edib ki, mən bu qərarı xain adlandırılmamaq üçün vermişəm. Bu qərar xalqımıza ən azı 2500 əlavə itki və ən azı 5000-6000 yaralıya başa gəldi. Bu, liderin hərəkətidirmi?”, – deyə Ermənistanın ikinci prezidenti vurğulayıb.