rmin

Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni”nin mətbuat katibi təyin olunan tanınmış teleaparıcı Nərmin Salmanova işindən ayrılıb. O bildirib ki, qurumla danışıqlar aparsa da, əməkhaqqı şərtləri qane etməyib.

Globalinfo.az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

Qurum xəbəri təkzib edib:

“Sözügedən vəzifə üzrə “Bakı Metropoliteni”ndə bir sıra namizədlər müsahibəyə dəvət olunub, görüşlər keçirilib. Qeyd edək ki, “Bakı Metropoliteni”ndə vakant vəzifələrə işə qəbul prosesi ədalətli, şəffaf və bütün namizədlər üçün bərabər imkanlar şəraitində aparılır. Məlumat üçün onu da bildirək ki, sözügedən vəzifə üzrə işə qəbul prosesi vakansiya tələblərinə uyğun namizəd olmaması səbəbindən hazırda dayandırılıb”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: