“Bakı Metropoliteni”ndə yeni təyinat

"Bakı Metropoliteni"ndə yeni təyinat

Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidmətinə yeni rəis təyin olunub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə qurumun Hərəkət Xidmətinin rəis müavini Anar Zamanov gətirilib.

O bu vəzifədə Elxan Məmmədovu əvəz edib. Elxan Məmmədov isə hazırda fəaliyyətini Mərkəzləşdirilmiş Dispetçer Xidmətində davam etdirir.