Bakı komissiya sədri təyin etdi – MƏQSƏD

“Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaya rəhbər təyin edib”.

Globalinfo.az Axar.az-a istinadən politoloq Asif Nərimanlının şərhini təqdim edir:

“Bakının bu gedişinin birdən çox məqsədi var:

– beynəlxalq oyunçulara hərbi eskalasiyada yox, sərhədin müəyyən edilməsində maraqlı olduğunu göstərir;

– danışıqların yeni raundunda delimitasiya tələbini ön plana çıxarmağa hazırlaşır;

– delimitasiyanı (xəritələr üzərində) birtərəfli qaydada müəyyən edərək, növbəti görüşdə gündəliyə daxil edə bilər.

ABŞ və Rusiya yeni görüşün keçirilməsi istiqamətində çalışır. Növbəti görüşün kimin tərəfindən təşkil edilməsindən asılı olmayaraq, rəsmi Bakı sərhəd məsələsini aktullaşdıracaq. Bu, Laçın dəhlizinin Ermənistan sərhədinin başlanğıcında nəzarət-keçid məntəqəsinin qurulması baxımından da vacibdir”, – deyə politoloq qeyd edib.