Bakı hava limanı yolunda sürət həddi aşağı salındı

Bakı hava limanı yolunda sürət həddi aşağı salındı

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi – Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.