Bakı bəyanat yaydı, hindlilər Azərbaycandan belə “qisas” aldı – FOTO

440815404 0 0 3079 1731 1920x0 80 0 0 26ebb43e67d184416621801f7812afa7

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hindistanla gərginlik fonunda Pakistana edilən hücumları pisləməsi ilə bağlı açıqlaması hindlilər arasında narahatlıq doğurub. 

Globalinfo.az xəbər verir ki, Türkiyənin də Pakistana dəstəyi haqda yayılan məlumatlar fonunda hindlilər sosial şəbəkələrdə aksiya başladıblar.

Azərbaycan və Türkiyəyə qarşı boykot çağırışları edən hindlilər, ölkənin siyasətçiləri, blogerləri və məşhurlarına müraciət ünvanlayıblar. Onlar Hindistan xalqını bundan sonra adı çəkilən iki ölkəyə səyahət etməməyə səsləyirlər.

Hətta bəzi siyasətçi və blogerlər də bu aksiyaya qoşularaq boykot paylaşımları ediblər.

Bundan başqa, Bakı və Ankaranın açıqlamalarını əsas göstərərək, Hindistanın Yunanıstan və Ermənistanla dostluq əlaqələrini inkişaf etdirməli olduğu deyilir.

Xatırladaq ki, aprelin 22-də Hindistanın Pakistanla sərhədində baş verən terror hücumu nəticəsində 26 turist həlak olub. Yeni Dehli bu hadisənin arxasında İslamabad hökumətinin olduğunu iddia edib. Nəticədə iki ölkə arasında mövcud olan gərginlik daha da artıb, sərhədə qoşunlar toplanıb. Qarşılıqlı şəkildə hücumlar həyata keçirilib.

WhatsApp Image 2025 05 08 at 11.27.28 WhatsApp Image 2025 05 08 at 11.26.11  WhatsApp Image 2025 05 08 at 11.23.00

WhatsApp Image 2025 05 08 at 11.25.03

Ayşən Mustafa
Globalinfo.az