Praqadakı terrorçunun gündəliyində şok detal: Rusiya izi? – FOTO

Praqada Çarlz Universitetinin tədris korpuslarından birində terror törədən David Kozak bağlı yeni məlumat yayılıb.

Globalinfo.az xəbər verir ki, hadisədən sonra onun gündəliyi ələ keçib. Belə ki, terrorçunun “Telegram” sosial şəbəkəsində gündəlik kimi istifadə etdiyi kanalı var imiş. Məsələnin ən diqqət çəkən tərəfi budur ki, o, gündəliyi rus dilində yazırmış.

David universitetdə terror törədəcəyi barədə burda açıq yazıb. Mətni Azərbaycan dilində təqdim edirik:

“Bu mənim gündəliyimdir, təhsil ocağında qətl törətməyə gedirəm. Mən Alinadan ilhamlandım, həm də çox. Əlbəttə ki, o az adam öldürdü, mən bunu tamamlamağa çalışacağam. Özümü təqdim edirəm – Adım Daviddir. Mən təhsil ocağının daxilində qətl törətmək istəyirəm, bəlkə də intihar edəcəm. Alina Afanaskina bu mənada mənə çox kömək etdi. Hər zaman qətl törətmək istəmişəm, gələcəkdə manyak olacağımı düşünürdüm… İlnaza atəş açan zaman anladım ki, kütləvi qətl törətmək daha faydalıdır. Oturdum, gözlədim, xəyal etdim, istədim… Alina son nöqtə oldu. Sanki o, göylərdən anında mənim köməyimə çatdı. Bu, kanal mənim gündəliyimdir. Atəş açana qədər burada öz həyatımla bağlı paylaşımlar edəcəyəm”.

Bu fakt nəzərləri Rusiyanın üzərinə çəkir. Bəzi mənbələr bildirir ki, artıq Çexiyada ictimaiyyət terrorda Rusiya izini axtarmağa başlayıb. David Kozakın bir rus agenti olduğu barədə versiya səslənir.

Maraq doğuran başqa məqam budur ki, Çexiyada vaxtilə işğal səbəbindən ruslar və rus dili sevilmir. Yaşlı nəsil bu dili bilsə də danışmaqdan imtina edir. Gənclər arasında isə rusca bilən, danışan çox azdır, bilənlər də bəlli səbəbdən danışmır.

Xatırladaq ki, dekabrın 21-də Çexiyanın Praqa şəhərində Çarlz Universitetində David Kozak adlı çex terror törədib. Hadisə nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb.

Zaira Akifqızı
Globalinfo.az