Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri… – FOTO

Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri... - FOTO

Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 14, 15 və 16 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər həyata keçirəcək.

Bu barədə Globalinfo.az ADY-yə istinadən xəbər verir.

Məlumata əsasən, qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Eyni zamanda, sərnişinər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Bir qatar və mətn şəkili ola bilər