Bağdasarovdan proqnoz: “Ermənistan bu zaman mövcudluğunu itirəcək”

“Ermənistanla Rusiya arasındakı münasibətlər önümüzdəki illərdə daha da pisləşəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin direktoru, Rusiya Dövlət Dumasının erməni əsilli keçmiş deputatı Semyon Bağdasarov deyib.

“Rusiya artıq başa düşür ki, Nikol Paşinyan Qərb dövlətlərinin köməyi ilə Ermənistanı uçuruma aparır. Mən Qərbə üz tutmağın əleyhinə deyiləm. Lakin bir sual ortaya çıxır: Ermənistan həqiqətən ona kimin kömək edəcəyini anlayırmı? Yox, qətiyyən. Hazırki siyasət davam edərsə, Ermənistan rəsmən mövcudluğunu itirəcək”, – Bağdasarov bildirib.

Əliyar Xəlil
Globalinfo.az