Bacı-qardaş mübahisəsi qanla bitdi – Qadın saxlanıldı

Bacı-qardaş mübahisəsi qanla bitdi - Qadın saxlanıldı

Cəlilabadda bacı-qardaş arasında yaranan mübahisə qanla bitib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Adnalı kəndində baş verib.

Kənd sakinləri 1982-ci il təvəllüdlü Şəfəq Əsgərova ilə qardaşı 1979-cu il təvəllüdlü Nurəddin Əsgərov arasında mübahisə yaranıb.

Bu zaman Şəfəq Əsgərova bıçağa əl atıb və qardaşı N. Əsgərova iki bıçaq zərbəsi endirib.

Xəsarət alan N .Əsgərov ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Məlumata görə, bacı-qardaş arasında mübahisə tez-tez baş verirmiş.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, 1979-cu il təvəllüdlü Nurəddin Əsgərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.