Azyaşlı qızlarla evlənən 200 kişi həbs olundu

Hindistan polisi ölkənin şimal-şərqindəki Assam əyalətində 18 yaşından kiçik qızlarla qeyri-qanuni nikahlara qarşı mübarizə çərçivəsində 2000-dən çox kişini həbs edib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu həftə həbs olunanlar arasında Assamda yetkinlik yaşına çatmayan qızlarla evləndiyi iddia edilən 50-dən çox hindu və müsəlman din xadimi də var. Bu barədə əyalətin polis rəisi Gyanendra Pratap Singh bildirib.

35 milyon əhalisi olan Assam əyalətində erkən nikahlar qeydə alınmadığından onların sayı barədə dəqiqi məlumat yoxdur.

Milli Cinayət Qeydiyyatı Bürosunun məlumatına görə, Assam əyalətində 2020-ci ildə 138, 2021-ci ildə 155 erkən nikahı halı aşkarlanıb.

Hindistanda qanuni nikah yaşı kişilər üçün 21, qadınlar üçün isə 18-dir. Yoxsulluq, təhsilin olmaması, sosial problemlər xüsusən də kənd yerlərində erkən nikahların bağlanmasının əsas səbəbləri hesab olunur.