1760644166 tramp zelenski 900x506 1

Prezident Volodimir Zelenski ABŞ-ı Ukrayna münaqişəsinin sülh yolu ilə həllində daha fəal iştirak etməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, o, Ağ Evə göstərdiyi yardıma görə təşəkkür edib.

“Detallara varmaq istəmirəm. Sülh planında ABŞ tərəfinin daha böyük iştirakına ehtiyacımız var. Prezident Donald Trampın komandasına bunu davam etdirmək istədikləri üçün minnətdaram”, – deyə Zelenski bildirib.

O, ABŞ-dan daha çox “Patriot” raketi istəyib:

“Ukraynanın qışı keçirməsi üçün ABŞ-ın raket ehtiyatlarının 5 faizi lazımdır”.

Hazırda isə Kiyevin ABŞ ehtiyatlarının cəmi 1 faizinə malik olduğu bildirilir. Bu rəqəmlər Zelenskinin “CNN”ə müsahibəsində səsləndirdiyi fikirlərə əsaslanır.

“Zənglər, mesajlar, həmçinin müttəfiqlər vasitəsilə dolayı yolla Ağ Evdən “Patriot” proqramı çərçivəsində yardımı artırmağı xahiş etmişəm”, – deyə Ukrayna Prezidenti bildirib.

O, həmçinin raketlər qarşılığında nəyisə dəyişməyə çalışdığını etiraf edib və Trampın yardım vədinə şübhə etdiyini söyləyib.

“Bir neçə ayım və milyonlarla telefon zəngim var… Mən raketlər müqabilində nəyisə dəyişməyə çalışıram. Hətta danışa bilmədiyim bəzi işlər görürəm. Bu, qanunsuz olduğu anlamına gəlmir. Sadəcə, bu barədə danışa bilmərəm”, – Zelenski deyib.

Onun sözlərinə görə, Kiyevin əsas ehtiyacı “Patriot” raketlərinin qarşısını alan raketlərdir. Zelenski hesab edir ki, ABŞ öz ehtiyatlarının 10 faizini Ukraynaya sata bilsə, Ukrayna ordusu bütün ballistik raketləri məhv edə bilər.

Zelenskinin sözlərinə görə, 2026-cı ildə Ukrayna ötən illə müqayisədə 2,5 dəfə az “Patriot” raket-interseptoru əldə edib. Eyni zamanda, onun iddiasına görə, Rusiya ay ərzində əvvəlkindən iki dəfə çox ballistik raket buraxır.

Zelenski bildirib ki, ABŞ Ukraynaya öz raket-interseptor ehtiyatının 5 faizini satsaydı, bu, qışı keçirməyə və insanların həyatını xilas etməyə kifayət edərdi. 10 faiz verilməsi isə bütün Rusiya ballistik raketlərinin qarşısının alınmasına imkan yarada bilərdi.

O, həmçinin ABŞ-ın Ukraynaya “Patriot” raket-interseptorlarını aylıq şəkildə tədarük etməsi ilə bağlı razılaşmanın olduğunu, lakin bunun kifayət etməyəcəyini daha əvvəl bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: