“Aztelekom”un əməkdaşı iş başında öldü

“Aztelekom”un əməkdaşı iş başında öldü

İyulun 31-i “Aztelekom” MMC-nin Cənub Regional Filalının Lerik rayon şöbəsinin əməkdaşı iş yerində həlak olub.

Globalinfo.az xəbər verir ki, bu haqda “Aztelekom” MMC açıqlama yayıb.

Bildirilir ki, bədbəxt hadisə nəticəsində elektrik montyoru vəzifəsində çalışan Sərdar Bali oğlu Həmidov həyatını itirib.

“Hadisə ilə bağlı yerli aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır.

Belə ki, Lerikin Cəngəmiran kəndində rayon sakini 1972-ci il təvəllüdlü Sərdar Bali oğlu Həmidov dirəkdə iş görərkən elektrik cərəyanı onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

“Hadisə ilə bağlı yerli aidiyyəti qurumlara məlumat verilib və araşdırma aparılır.

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.