Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində FETÖ əməliyyatı keçirilib.
Globalinfo.az gununsesi.info-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları nazirliyin tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkəti olan Aztelekom-da iki şəxsi həbs edib.
Onların FETÖ-çu olduğu ehtimal edilir.
Həmin şəxslərə rəsmi ittihamın nədən ibarət olması bilinmir.
Məsələ ilə bağlı Aztelekom Gununsesi.info-nun sorğusunu qəbul etsə də cavablandırmayıb.
Globalinfo.az iyulun 24-də “Səs-küylü həbslər başladı: FETÖ əməliyyatında növbə kimindi? – Sürpriz adlar” başlıqlı məqalə dərc edib. Həmin məqalə Qubad İbadoğlunun və digər 4 nəfərin həbsinə həsr olunub. Məqalədə bildirilir ki, Azərbaycanda FETÖ ilə əlaqəsi olan şəxslərlə bağlı əməliyyatlar davam edəcək. Yazıdan sitat:
“Globalinfo.az-a daxil olan məlumata görə FETÖ-ya bağlı şəxslərin siyahısı bunlarla bitmir. Türkiyə dövlətində səhih məlumatların olduğu, Ankaradan göndərilən siyahılar üzrə həbslərin davam edəcəyi istisna deyil. Deyilənə görə, yaxın vaxtlarda saxlanılan şəxslər arasında sürpriz adlara rast gəlinəcək”.














