İraqın Kərkük vilayətinin şimalında güclü partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.
Bildirilib ki, polislərin olduğu əraziyə quraşdırılmış bombanın işə düşməsi nəticəsində güclü partlayış olub və 8 nəfər ölüb.
Ölənlərin polis olduğu qeyd edilib. Onların arasında Daxili İşlər Nazirliyinin zabiti də var.
Partlayışın İŞİD tərəfindən törədildiyi ehtimal edilir.
Qeyd edək ki, Kərkükdə yaşayan türkmanlar Azərbaycan türkləridir.














