Azərbaycanlı şərhçinin bu sözləri Türkiyədə gündəm oldu – VİDEO

Almaniyada keçirilən AVRO-2024-ün 1/8 final görüşündə Avstriya-Türkiyə oyunun İctimai TV-də şərhi Türkiyədə maraqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, Türkiyənin 2-1 qələbəsi ilə başa çatan oyunda tanınmış idman jurnalisti, İTV-nin şərhçisi Tural Dadaşovun son dəqiqədə qapıçı Mert Günokun topu qapıdan çıxardığı ana verdiyi reaksiya gündəm olub.

Belə ki, M.Günokun oyunun son dəqiqəsində Avstriya oyunçusunun təhlükəli qolunu qapıdan çıxardığı anı şərhçi “kosmik save, inanılmaz refleks, ilahi müdaxilə” sözləri ilə tamaşaçıya çatdırıb. Şərhçinin bu ifadəsi sosial şəbəkələrin Türkiyə seqmentində marağa səbəb olub.

Hazırda həmin anın görüntüləri sürətlə yayılır.

Ayşən Mustafa
Globalinfo.az