Azərbaycanlı sabiq mühafizəçi Türkiyədə ölü tapıldı – FOTO

Azərbaycanlı sabiq mühafizəçi Türkiyədə ölü tapıldı - FOTO

Türkiyənin Aydın vilayətinin Kuşadası bölgəsində Azərbaycan vətəndaşı Mahir Məmmədov ölü tapılıb.

Globalinfo.az xəbər verir ki, Türkiyə mediasında yayılan xəbərə görə, onun cəsədi qaldığı otelin otağında aşkarlanıb.

Məlumata görə, 50 yaşlı Mahir Məmmədov 3 gün əvvəl həyat yoldaşı Kəmalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına istirahətə gəlib. Məmmədov bu gün səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa gedib. Bir müddət sonra şəhərin mərkəzinə gəzmək üçün gedən Kəmalə Məmmədov və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər. Onun ölümünün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.

Konkret.az saytının iddiasına görə, vəfat edən şəxs Prezidentin Mühafizə Xidmətinin keçmiş əməkdaşı olub.

Hadisə ilə bağlı istintaq davam edir.

Azerbaycan Cumhurbaşkanı Aliyev’in eski koruması, Kuşadası’nda otel odasında ölü bulundu