Azərbaycanlı namizəd birinci turda qalib gələ bilər

“Seçkinin son saatlarında Fars, Gilan, Xuzistan, Qərbi Azərbaycan və Tehran əyalətlərinin əhalisinin səsi həlledicidir”.

Globalinfo.az xəbər verir ki, bunu İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkianın seçki qərargahının üzvü, keçmiş rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.

“Seçkinin son saatlarında Fars, Gilan, Xuzistan, Qərbi Azərbaycan və Tehran əyalətlərinin əhalisinin səsi həlledicidir. Əldə olunan məlumatlara görə, birinci turda da qalib gələ və dövlətin işini bir həftə sonraya saxlamaya bilərik”.