Rusiya və MDB məkanında məşhurlaşan Azərbaycan əsilli müğənni Nəvai Bəkirov ölkənin cənubunda planlaşdırılan bütün konsertlərini ləğv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.
Müğənninin sözügedən ərazilərə intensiv dron hücumları səbəbindən bu qərarı verdiyi bildirilib.
Məlumata görə, musiqiçi avqustun 15-dən 18-dək Soçi, Gelencik, Krasnodar və Rostov-na-Donda dörd çıxışını ləğv edib.
Nəvainin bundan əvvəl Soçidə verdiyi konsert zamanı hücumun həyata keçirildiyi, mühafizəçinin onu vanna otağında gizlətdiyi deyilir. Bu hadisədən sonra meneceri və müğənni konsertləri ləğv etmək qərarına gəliblər.
Əliyar Xəlil
Globalinfo.az














