Azərbaycanlı məşhur cütlük restoranda hesabı ödəmədən qaçdı – VİDEO

Məşhur aparıcı cütlük Zaur Baxşəliyev və Günay Baxşəliyeva Türkiyədə olarkən restoranda hesabı ödəmədən qaçıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Zaur Baxşəliyev danışıb.

“Bir neçə il əvvəl İstanbulda restorana getmişdik, restoranın bahalı olduğunu da bilməmişik. Oturub sifarişlərimizi verdik, sonra gördüm ki, üzərimdə o qədər pul yoxdur. Günaya dedim ki, öncə sən çıx, arxanca mən çıxacam, qaçaq burdan. Günay yavaş-yavaş aradan çıxdı, ardından da mən. Biz o küçəni necə qaçırdıq… Hələ də xatırlayanda gülürük”,- deyə Z.Baxşəliyev deyib.

Zaira Akifqızı
Globalinfo.az