Amerikalı müğənni və aktrisa Cennifer Lopez zədə alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
İfaçı hadisənin aparıcılığa dəvət olunduğu 2025-ci il ABŞ Musiqi Mükafatlarının məşqi zamanı baş verdiyini bildirib.
Onun İnstagramda yerləşdirdiyi fotoda burnunda kəsik izi və gözünün altında şişkinlik görünüb.
Lopez hadisənin təfərrüatlarını açıqlamasa da, plastik cərrah Ceyson Diamonda təşəkkür edib.
Leyla Əlisoy
Globalinfo.az